Ən uzun və ən qısa orucluq saatı olan ölkələr - ADLAR

Ən uzun və ən qısa orucluq saatı olan ölkələr - ADLAR
Kateqoriya məlum deyil
T

Bu il orucluq müddəti ölkələrin coğrafi mövqeyindən asılı olaraq 12 saatdan 15 saata qədər dəyişir. Günlərin uzunluğu və Günəşin doğuş-batış vaxtı fərqli olduğuna görə bəzi ölkələrdə oruc daha uzun, digərlərində isə daha qısa davam edir.

 

Sfera.az bildirir ki, Şimal yarımkürəsində günlər uzandıqca oruc müddəti artacaq, cənub yarımkürəsində isə tədricən qısalacaq.

 

Ən uzun oruc tutan ölkələr

 

• Yeni Zelandiya – 15 saat 22 dəqiqə
• İslandiya – 15 saat 3 dəqiqə
• Qrenlandiya – 15 saat 3 dəqiqə
• Cənubi Afrika – 14 saat 13 dəqiqə
• Çili – 14–15 saat

 

Ən qısa oruc tutan ölkələr

 

• Finlandiya – 11 saat 53 dəqiqə
• Səudiyyə Ərəbistanı – 12 saat 42 dəqiqə
• Türkiyə – 12 saat 23 dəqiqə
• ABŞ – 12 saat 25 dəqiqə
• İspaniya – 12 saat 23 dəqiqə

 

Mütəxəssislər bildirirlər ki, oruc müddətləri ilin fəslindən və ölkələrin yerləşdiyi enlik dərəcəsindən asılı olaraq dəyişir. Yaz və yay aylarında şimal yarımkürəsində günlərin uzanması oruc saatlarının artmasına səbəb olur.

 

Ramazan ayı boyunca bu fərq daha da nəzərə çarpacaq.

 

Mənsumə

 

PAYLAŞ