Xəzərdən Bakıya qasırğa gəlir - XƏBƏRDARLIQ
Cəmiyyət
18:58 / 03.12.2015
1111
Axşam saatlarında musavat.com-a həyəcanlı məlumat daxil olub. Məlumatı verən dənizdə gəmiçi işləyən şəxsdir. Adının çəkilməsini istəməyən gəmiçi bildirib ki, hazırda Xəzərdə dəhşətli qasırğa hökm sürür: “Hazırda dənizdə dəhşətli qasırğa var. Dalğalar gəmini atıb-tutur. Gəmi kapitanı bizə bildirib ki, ailələrinizə zəng edib bu barədə məlumat verin. Şiddətli qasırğa paytaxta tərəf gəlir. Şəhərdə də dəhşətli qasırğa gözlənilir. Ehtiyyatlı olsunlar”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 4-ü üçün qeyri-sabit hava xəbərdarlığı edib. Məlumata görə, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.(müsavat.com )
Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.