Daha bir itkin-şəhid dəfn edildi
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib.
Sfera.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci ildə oktyabrın 31-də Cəlilabad rayonunda anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib.






