Logo

Murad Dadaşov kökəlib, bu günə qaldı - FOTOLAR

Murad Dadaşov kökəlib, bu günə qaldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Murad Dadaşov yenidən kökəlib.Tədbirlərin birində Axşam.az fotokamerasına tuş gələn şoumen bu haqda açıqlama verib:“Arıqlamışdım. İndi yenidən kökəlmişəm”.M.Dadaşov yeni layihəsindən də bəhs edib. O, artıq “Maşın” şounun olmayacağını bildirib:“Öz işimizi yeniləmək istəyirik. Artıq Azərbaycan tamaşaçısı “Maşın” şoudan yorula bilər. İzləyicilər yeni bir layihə görmək istəyir. Son 1 aydır Azərbaycanda deyiləm. Dünyaformatlı layihələri ölkəmizə gətirmək istəyirəm. Bu teleoyundur, çox maraqlıdır. Vaxtilə Türkiyədə də, Rusiyada da belə veriliş yayımlanıb. Bir az maliyyə tərəfdən qeyri-müəyyənlik var. Sponsoru özümüz tapmalı, qazanmalı və telekanala qazandırmalıyıq. Bunları yoluna qoyduqdan sonra veriliş haqda geniş açıqlama verəcəm".

Qeyd edək ki, M.Dadaşov açıqlamasında 27 kiloqram çəki atdığını bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR