Hökumətdən əhaliyə ŞAD XƏBƏR: Yaxın zamanda...

Hökumətdən əhaliyə ŞAD XƏBƏR: Yaxın zamanda...
Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcək.

Bakı və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Masazır və Ramana qəsəbələrində dörd binanın tikintisinə başlanılıb.

Sfera.az trend-ə istinadən məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir:

"Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edib. Müşavirədə konkret tapşırıqlar verildi ki, Bakı şəhərində və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər mütləq köçürülməlidir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın tapşırığı əsasında işlər gedir. Artıq ilkin olaraq Masazır qəsəbəsində üç beşmərtəbəli binanın, Ramana qəsəbəsində bir beşmərtəbəli binanın tikintisinə başlanılıb. Hazırda bu istiqamətdə geniş iş aparılır. Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcəklər”.

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...