Evindəki Quranı 45 milyon dollara satmaqdan imtina etdi – FOTO

Evindəki Quranı 45 milyon dollara satmaqdan imtina etdi – FOTO

Moskva sakini Anaşka Hacımuradova gözlənilmədən qədim Quran kitabının varisi olub. 

Sfera.az Life nəşrinə istinadən xəbər verir ki, babasının ölümündən sonra qadın onun əşyalarına sahib çıxıb və bu əşyaların içində müqəddəs kitabı tapıb.

Anaşka kitabın xarici görünüşündən onun qədim olduğunu müəyyən edib. Qadın kitabı hərracda satışa çıxaranda ona bir milyon rubldan çox pul təklif ediblər.

"Biz kitabı iki ekspertizadan keçirdik və Quranın XVI əsrə aid olduğunu müəyyən etdik, burada hətta kitabın kimə məxsus olması və kimlərə ötürülməsi barədə vərəqlər var. Londonda mənə Qurana görə 12 milyon dollar, daha sonra isə 45 milyon dollar təklif etdilər”, - Anaşka Hacımuradova nəşrə müsahibəsində danışıb.

Sonradan qadın müqəddəs Quran kitabını satmaq barədə fikrini dəyişib. Anaşka kitabı yerli məscidlərin birinə bağışlayıb.

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...

Trampla Putin telefonla danışır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.   Sfera.az xəbər verir ki, bunu Rusiya liderinin mətbu...

"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına...

Bu, qırğız xalqının qəlbindən gələn köməkdir - Prezident

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktə...