"Müəllimin nüfuzu sarsılmamalıdır" - Zahid ORUC

"Müəllimin nüfuzu sarsılmamalıdır" - Zahid ORUC
Kateqoriya məlum deyil
T

"İdrak" liseyindəki olayda müəllimi əvvəlcədən günahkar çıxaranlarla əsla razılaşmıram.

 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

 

Millət vəkili bildirib ki, müəllim dövlətin sütunudur, millət qurucusudur, onun savadlı gələcəyinin memarıdır:

 

"Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılığa haqq qazandırmaq, onu normalaşdırmaq deməkdir. Bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Siyasi sistemi, qlobal biznes dünyası uşaq hannibalarının hakimiyyəti altında olan sümürgən qüvvələr Azərbaycan dövlətini son 30 ildə insan haqlarını və demokratiyanı pozmaqda günahlandırırdılar. Yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz Makarenko təlimi görmüş müdrik pedaqoqlara yenidən qiymət verək. Yeri gəlmişkən, uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalana bilməyən və psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmlarla təhlil etməliyik".

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ