Logo

Bred Pitt Ancelinadan boşanandan sonra tanınmaz hala düşdü - FOTOLAR

Bred Pitt Ancelinadan boşanandan sonra tanınmaz hala düşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hollivud ulduzu Bred Pitt həyat yoldaşı Ancelina Colidən ayrılandan sonra tanınmaz hala düşüb.

Paparazzilər 53 yaşlı aktyoru Los-Anjelesdə studiyalardan birinə daxil olarkən lentə alınıb. Pittin görüntülərini Britaniyanın "Daily Mail" saytı yayıb.

Xəbərdə aktyorun tənhalığa qapıldığı və cəmiyyət arasında görünməməyə çalışdığı deyilir:

"Onu "Oskar" mükafatlandırma mərasiminə dəvət etmişdilər. Amma o, bu təklifi rədd etdi. Baxmayaraq ki, Bred Pittin prodüseri olduğu "Ay işığı" filmi qalib oldu".

Bredin boşanmadan daha çox əziyyət çəkdiyi deyilir. Lakin aktyor bunu göstərməməyə çalışır.

"Bred tənhalığa qapılıb. Gündə 15 saat vaxtını rəsm studiyasında keçirir. Rəsm çəkir, müxtəlif fiqurlar hazırlayır və qəmli mahnılara qulaq asir. Çox arıqlayıb. Bred Pitti tanımaq çox çətindir".

Qeyd edək ki, dünya şöhrətli aktyor müxtəlif illərdə ardıcıl olaraq "Dünyanın ən yaraşıqlı kişisi" nominasiyasında qalib gəlib.

mənbə: istipress

Bred Pitt Ancelinadan boşanandan sonra tanınmaz hala düşdü - FOTOLAR
Bred Pitt Ancelinadan boşanandan sonra tanınmaz hala düşdü - FOTOLAR
Bred Pitt Ancelinadan boşanandan sonra tanınmaz hala düşdü - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR