Logo

“Dünən dedi ki...” - Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ

"Dünən dedi ki..." - Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda “İdrak” liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar.

Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır.

Şagirdlər evə göndərilib.

İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər.

Şagirdlərdən biri isə deyib ki, Ə.Ş. hadisəni əvvəlcədən planlaşdırmışdı.

“Dünən liseydə dedi ki, hadisə olacaq. Bu gün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi”, - həmin şagird bildirib.

"Dünən dedi ki..." - Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ

Övladı “İdrak”da təhsil alan valideyn Aqşin Abdullayev isə deyib ki, uşaqlarının durumuna görə narahatdırlar.

“Xəbər tutan kimi bura gəldim. Məktəbə girərkən ümumi yoxlama var, amma dəmir yoxlayan aparat yoxdur”, - o söyləyib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

"Dünən dedi ki..." - Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Yaralı müəllim xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR