Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ

Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ
"Şərq” bazarının söküləcəyi ilə bağlı yayılan xəbər doğru deyil.

Bunu publika.az-a açıqlamasında Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov deyib.
"Həmin tikili həm də mədəniyyət abidəsi hesab edilir. Buna görə də onun sökülməsi real deyil. Həmin tikilinin sökülməsi ilə bağlı fikir olsa, ilk növbədə icra hakimiyyəti olaraq ilkin sənədləşmə bizimlə aparılacaq. Lakin bizdə həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumat yoxdur”

H.Cəfərov bildirib ki, həmin tikili ətrafındakı fərdi yaşayış evlərində söküntü işləri aparılır: "Bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin "Şərq” bazarının söküntüsü ilə bağlı heç bir fikir yoxdur, yayılan xəbər də kiminsə arzusu ola bilər”.
Ərazidə söküntü işlərinə İcra Hakimiyyəti nəzarət etsə də, "Şərq” bazarının memarlıq abidə olması həm də onun söküntüsü üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazəyə ehtiyac var.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxladıq. O, "Şərq” bazarının söküntüsü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə heç bir rəsmi məlumatın daxil olmadığını dedi.

***
Bakının Nərimanov rayonu ərazisində yerləşən "Şərq” bazarı söküləcək.
Bu haqda məlumatı "müsavat" yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək:
"Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq” bazarı böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”.

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...