Bu istiqamətdə əlavə qatarlar təyin edildi

Bu istiqamətdə əlavə qatarlar təyin edildi
Kateqoriya məlum deyil
T

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

 

Sfera.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

 

Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür.

 

Qeyd olunub ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

PAYLAŞ