"40 dəqiqə qan içində qalıb, telefonu verib ki, atama zəng vur..." - Qəzada ölən Lalənin SON SÖZÜ

Bakı-Sumqayıt yolundakı dəhşətli faciədə komadan ayılmayaraq dünyasını dəyişən 6-cı tələbə Lalə Nəsibzadənin anası Naibə xanım qızının ölümündən danışıb.

Sfera.az xəbər verir ki, Naibə xanımın sözlərinə görə, həyat yoldaşı Yaşar telefonu onun əlindən alıb qəza xəbərini eşidincə elə ev paltarında palto-filan geyinmədən, evdən çıxıb.

"Yolda Lalənin telefonu ilə zəng edən oğlana zəng eləyib, o da deyib Masazır körpüsünün üstündədirlər. Sonra bildik oğlanın adı Bəhruzdur. O, hansısa zavodda işləyir. İşə gedəndə görüb ki, yolda qəza olub, yaralı vəziyyətdə hərə bir tərəfdə yıxılıb qalıb. Görüb ki, uzun saçlı bir qız qan içindədir. Lalə ayıq olub, telefonu koddan çıxarıb, Bəhruza uzadıb ki, atama zəng vur. Oğlan deyir, əliylə sağ tərəfini tutub, inildəyirmiş, hələ qanlı paltarlarına əlim gəlmir, açım, baxım. 40 dəqiqə orada qan içində qalıb. Tıxacdan çıxmaq mümkün olmayıb. Heç bir maşın saxlamayıb, amma ağ "Cip”də qadın sürücü saxlayıb. O da "Semaşko”da həkim olub. Məclisi yola verim, o həkimi də tapıb, minnətdarlıq eləyəcəm. Oğlan deyib, ən ağır vəziyyətdə olan bu qızdı. Lalə də ordakıların ən gənciymiş. Həmin xanım Laləni götürüb. Yoldaşım "Semaşko”nun qapısı ağzında ağ "Cip”dən saçları dağılmış bir qızın, huşsuz vəziyyətdə düşürüldüyünü görüb. Yaxınlaşıb ki, Lalədir...”

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...