Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə taksi sürücülərinə müraciət edir.

Sfera.az xəbər verir ki, İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər taksi xidməti göstərən avtomobilləri taksi tanınma nişanları ilə tələblərə uyğun təchiz etməlidirlər:

"İlk növbədə Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alınmalıdır. Avtomobilin damında və yan hissələrində taksi tanınma nişanları, eyni zamanda salonda taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri, o cümlədən, sürücünün fotosu, adı-soyadı olmadan avtomobillə sərnişin daşınması həyata keçirməyə görə inzibati məsuliyyət yaradır. Taksilər üçün müəyyən edilmiş 5.14, yəni taksilərin dayanacaq yeri nişanı ilə işarələnmiş duracaqlarından kənarda avtomobil saxlanılmamalıdır. Bu da inzibati xəta yaradır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər bu tələbi birmənalı yerinə yetirməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanlar üçün 170-ə yaxın yer təyin edilib. Hazırda 79 belə yerlər istifadəyə verilib, digərləri də tədricən taksilərin istifadəsinə veriləcək".

 

V.Əsədov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artması ilə əlaqədər taksi sürücülərinin xarici dilləri öyrənməsi arzuolunandır: "Xahiş edirik, taksi sürücüləri ölkəmizə bu qədər turizm axınını, turizmin inkişafını nəzərə alıb ingilis və rus dillərini heç olmasa müəyyən səviyyədə öyrənsinlər, paytaxtın xəritəsini, küçə və yolları əzbər bilsinlər. Bunlar vacib şərtlərdir".


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...