Logo

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.

Sfera.az “apa.az”a istinadən xəbər verir ki, hadisə Saatlı rayonu ərazisində baş verib.

Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə getmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR