Sabahdan Rəcəb ayı başlayır

Sabahdan Rəcəb ayı başlayır

İslam dinində müqəddəs hesab olunan 3 aydan (Rəcəb, Şaban, Ramazan) ilki olan Rəcəb ayının astanasındayıq. Bu il Rəcəb ayı mart ayının 30-dan başlayır. Bəs bu ayda hansı əməllər yerinə yetirilməlidir?

Sfera.Az salamnews-a istinadən xəbər verir ki, İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu ayın xüsusi duasını oxumağın çox böyük savabı vardır. Bu dua "Məfatihul Cinan" kitabında qeyd olunub.

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır. İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: "Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən, bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Bu ayın hörmətini üstün etmiş və oruc tutanları əziz tutacağını dair özünə söz vermişdir".

Həmçinin İmam (ə) buyurub: "Hər kəs bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kəs bu ayın son günlərindən ikisini oruc tutarsa, sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayın son üç gününü oruc tutarsa, böyük Qiyamət gününün  şiddət və qorxusundan xilas olar".

Digər bir hədisdə deyilir ki, hər kəs Rəcəb ayında sübh və əsr vaxtında 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" dedikdən sonra əllərini Allahın dərgahına qaldıraraq "Əllahum-məğfirli və tub ələyyə" deyərsə, həmin şəxsin bu ay ərzində öləcəyi təqdirdə Rəcəbin bərəkətinə görə cəhənnəm od onu yandırmaz.

 

Həzrət Peyğəmbər (s) buyurub: "Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. "Əstəğfirullahə və əs'əluhut-tövbə" zikrini çox deyin".

Allah bu ayda etdiyiniz ibadətləri qəbul etsin !


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...