Logo

"Bunu etsək, insanlar işləməkdən yorularlar" - Səlim Müslümov

"Bunu etsək, insanlar işləməkdən yorularlar" - Səlim Müslümov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. Onları əməyə cəlb etmək lazımdır.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, lazım olsa, onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar: "Vətənaşlara kifayət qədər vəsait vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla insanlar işləməkdən yorularlar".

O qeyd edib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir və Azərbaycanda da bu sahənin inkişafı üçün tədbirlər görülür: "Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR