Avtobus sürücüsü 20 yaşlı kar qızı zorlayıb elə bir şey etdi ki ...

Avtobus sürücüsü 20 yaşlı kar qızı zorlayıb elə bir şey etdi ki ...
İstanbulda bir avtobus şirkətinin 2 sürücüsü eşitmə əngəlli 20 yaşlı F.A. adlı gənc qızı zorlayıb.

Hadisə 2016-cı ilin 2 dekabr tarixində baş verib.

Habertürk-ün xəbərinə görə, Kayseridən İstanbula gələn sərnişin avtobusunun sürücüləri Mehmet E. (45) ilə Serhat O. (37) Esenler dayanacağında yolçularını düşürüblər. Yanacaq stansiyasına getmək üçün hərəkət edən avtobusun sürücüsü Mehmet E. yol kənarında gözləyən gənc bir qızı görüncə digər sürücüyə dayanmasını söyləyib. F.A. adlı gənc qız metroyla Beşiktaşa gedəcəyini söyləsə də, sürücülər, onu metroya qədər ötürəcəkləri sözünü veriblər. Mehmet E. qızı avtobusun orta hissəsinə aparıb. Digər sürücü isə avtobusdan enərək qapıları bağlayıb. Avtobusun 31-32 nömrəli oturacaqlarında Mehmet E. qıza təcavüz edib. Daha sonra qızı metroya aparıb. Qız təhlükəsizlik səlahiyyətlilərinə təcavüzə uğradığını söyləyib. Polis 2 sürücünü də nəzarətə alıb. Mehmet E. həbs olunarkən digər sürücü Serhat O. sərbəst buraxılıb.

F.A. hadisə gününü belə xatırlayır:

"Beşiktaşa gedəcəkdim. Yanımda dayanan avtobusdakı şəxs metroya qədər ötürəcəklərini söylədi. Səmimiyyətinə güvənərək mindim. Mehmet E. mənə İstanbulun pis və etibarsız bir yer olduğunu deyərək başıma bir şey gələrsə, axtarmağım üçün mobil telefonunu verdi. Sonra arxa hissəyə aparıb mənə hücum etdi. Boğazımı sıxdı. Digər sürücü isə bizi izləyib gülürdü. Sonra məni metroya yola saldılar. İçərisində 400 lirə olan pul kartımı götürüblər. Şikayətçiyəm".

"Pul qarşılığında oldu" İDDİASI

Mehmet E. isə o gecəylə bağlı bu iddiaları irəli sürüb:

"200 TL qarşılığında əlaqəni qəbul etdi. Öz istəyiylə birlikdə olduq. Üzərimdə pul olmadığını söylədim. "Bank hesabıma göndərərsiniz" dedi. Sonra onu metroya yola saldım. Əngəlli olduğunu bilməmişəm".

mənbə: milli.az

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...