Bakıda avtobusda QORXULU ANLAR: Gənc oğlanın ürəyi getdi, yıxıldı və ... - VİDEO

Bakıda avtobusda QORXULU ANLAR: Gənc oğlanın ürəyi getdi, yıxıldı və  ... - VİDEO
Bakıda marşrut avtobusunun sürücüsü sərnişini ölümdən xilas edib.

BiG.AZ xəbər verir ki, "BakuBus”ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq prospektindən 28 May metrostansiyası istiqamətində hərəkətdə olan "BakuBus”a məxsus 8 nömrəli marşrut xəttində baş verib.

"BakuBus” hadisə anının video görüntülərini də təqdim edib.

Videogörüntüdən də aydın olur ki, avtobus "Neftçi" İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin səhhəti qəflətən pisləşir, o, müvazinətini itirərək yerə yıxılır.

Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır, daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.



OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...