SON DƏQİQƏ! Azərbaycanlı məşhurun evini yandırıb kül etdilər - VİDEO+FOTOLAR

SON DƏQİQƏ! Azərbaycanlı məşhurun evini yandırıb kül etdilər - VİDEO+FOTOLAR
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Baki şəhəri, Nizami rayonu, Elşən Suleymanov 137 ünvanında yerləşən evi yandırılıb.

BiG.AZ xəbər evrir ki, bu barədə "qaynar"a Ramin Hacılının özü məlumat verib.

R.Hacılının bildirdiyinə görə, 1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu ötən gecə naməlum şəxslər tərəfindən yandırılıb.

Qeyd edək ki, hələ fevral ayının 27-də mətbuat vasitəsi ilə video müraciət yayan R.Hacılı onun evinin buna qədər də bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirmişdi.

R. Hacılının bildirmişdi ki, ərazidə ona məxsus olan yaşayış yerinin olmasına baxmayaraq, ərazinin qanunsuz olaraq satıldığı haqda bilgisi var:

"Bizdən başqa bütün məskunlaşan məcburi köçkünlərin hamısına kompensasiya verilib və köçürülüb. Ancaq bizimlə əlaqə saxlayan yoxdur. Aldığım bilgiyə görə ərazidə yerləşən, mənə məxsus olan yaşayış yerini yandırmaq istəyirdilər. Əslində bu məsələni ictimailəşdirmək istəmirdim. Ancaq mənim və ailə üzvlərimin həyatına olan təhlükəni bu gün də istisna etmirəm. Evimi yandırmaq istəyiblər. Mən bununla bağlı ərazi üzrə polis idarəsinə müraciət etdikdən sonra bunun qarşısı alınıb. Amma problemlər tükənməyib. Hələ də həyatımla bağlı təhlükəli məqamlar hiss edirəm.”,- deyə R.Hacılı əlavə etmişdi.

Həmin video müraciəti də təkrar dərc edirik.



SON DƏQİQƏ! Azərbaycanlı məşhurun evini yandırıb kül etdilər - VİDEO+FOTOLAR
SON DƏQİQƏ! Azərbaycanlı məşhurun evini yandırıb kül etdilər - VİDEO+FOTOLAR

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...