Sevgililər günündə kişilərə nə almaq lazımdır? - VARİANTLAR

Sevgililər günündə kişilərə nə almaq lazımdır? - VARİANTLAR
Kateqoriya məlum deyil
T

Sevgililər günü yaxınlaşdıqca, bir çoxları üçün ən aktual suallardan biri uyğun hədiyyə seçimi olur. Qadınlar üçün müxtəlif seçimlər olsa belə kişilərə aid hədiyyə seçimləri azdır.

 

Sfera.az xəbər verir ki,bəylər üçün ideal hədiyyə təkcə bahalı deyil, eyni zamanda funksional, düşünülmüş və şəxsi zövqə uyğun olmalıdır. Praktik hədiyyələr kişilər arasında daha çox üstünlük təşkil edir.

 

Ətir, pulqabı, saat, kəmər və idman aksesuarları həm gündəlik istifadəyə yararlı olduğu, həm də zövqlü seçim sayıldığı üçün Sevgililər günündə ən çox seçilən hədiyyələr sırasındadır. Texnologiyaya marağı olan kişilər üçün isə simsiz qulaqlıqlar, smart saatlar, “power bank” və digər elektron aksessuarlar ideal variant hesab olunur.

 

Son illər romantik və sentimental hədiyyələrə də maraq artıb. Xüsusi foto albomları, əl yazısı ilə yazılmış məktublar və münasibəti simvolizə edən kiçik xatirə əşyaları emosional dəyərinə görə ön plana çıxır. Eyni zamanda, yerli bazarda 14 Fevrala özəl hazırlanmış hədiyyə qutuları da geniş yayılıb. Bu qutuların tərkibinə fincan, brelok, şokolad, dekorativ əşyalar və kiçik texnoloji məhsullar daxil edilir. Hədiyyənin dəyərindən daha vacibi onun seçilərkən qarşı tərəfin maraq və zövqünün nəzərə alınmasıdır. Doğru seçilmiş hədiyyə münasibətdə diqqət və qayğının ən gözəl göstəricisi sayılır.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ