Akif Çovdarovun Ziya Məmmədovun müşavirindən 2 milyon manat aldığı üzə çıxdı

Akif Çovdarovun Ziya Məmmədovun müşavirindən 2 milyon manat aldığı üzə çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində 800 min manatdan artıq qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinən Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Mübariz Ələkbərov yoxa çıxdığı deyilən qızılların bir hissəsinin də ona məxsus olduğunu bildirib: "Mənim 50 ədəd onluq, 10 ədəd isə beşlik qızılım həmin qızılların içində olub. Xaricə tez-tez getdiyimiz üçün qızılları qayınatamgilə vermişdik. Qızılların harada olduğunu bilmirəm. Qayınatam Rövşənə çox etibar edirdi. Sonra dedilər ki, qızıllar yoxdur”.

Məhkəmədə ifadə verən təqsirləndirilən R.Əhmədovun həyat yoldaşı Xanım Əhmədova isə bildirib ki, qohumları olan Çingiz Baxşıyevin külli miqdarda pulu və qızıl-zinət əşyaları onların evində olub. Amma bir müddət əvvəl qızıllar qaytarılıb.

Dövlət ittihamçısının sualına əsasən R.Əhmədov Akif Çovdarova pul verilməsi epizodu üzrə danışıb: "Çingiz gecə zəng elədi. Dedi ki, pul gətir. Pul Çovdarova çatmalı idi. Mən də pulu Çingizin kürəkəni Mübarizə verdim. Çamadanda olan pulun məbləği 2 milyon manata yaxın olub”.

Məhkəməyə şahidlər – zərərçəkmiş Ç.Baxşıyevin həyat yoldaşı və digər kürəkəni gəlməyib.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş Ç.Baxşıyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olub. Ç.Baxşıyevin ailəsinə ümumilikdə 800 min manatdan artıq ziyan dəydiyi bildirilir. R.Əhmədov isə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib.

 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...