Logo

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2018-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.

Sfera.az report-a istinadən xəbər verir ki, bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 bakalavrdan Azərbaycan bölməsi üzrə 11 429-nun, rus bölməsi üzrə isə 1 225-nin sənədi təsdiq edilib.

Bundan başqa, 2017/2018-ci tədris ili üzrə Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1 053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23.59-da yekunlaşacaq.
Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR