Müşfiq Atakişiyevin yerinə təyinat - FOTO

Müşfiq Atakişiyevin yerinə təyinat - FOTO
Kateqoriya məlum deyil
T

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.

 

Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Rüstəmov təyin edilib. O bu təyinatadək İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakansiyaya çıxarılıb. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev olub.

 

O, 12 il əvvəl – Elm və Təfəkkür Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ