Polis 22 qumbara aşkarladı

Polis 22 qumbara aşkarladı
Kateqoriya məlum deyil
T

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Bu barədə Sfera.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, yanvarın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

PAYLAŞ