Azərbaycanda fahişəliyə görə cəzalar sərtləşdirildi: 10 min manat CƏRİMƏ...

Azərbaycanda fahişəliyə görə cəzalar sərtləşdirildi: 10 min manat CƏRİMƏ...
Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişiklikdə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəzaların ağırlaşdırılması nəzərdə tutulur. 

Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Edilən təklif qüvvəyə minərsə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunacaq. 

Daha bir təklif ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə cərimələrin tətbiq edilməsi ilə bağlıdır. İndiyə qədər bu işlə məşğul olanlar iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur.

mənbə: istipress

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...