Əcnəbilər hər il Azərbaycanda 6 milyard dollar xərcləyəcəklər

Əcnəbilər hər il Azərbaycanda 6 milyard dollar xərcləyəcəklər

2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (2016-cı ildəki AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.Sfera.az Milli.Az bildirir ki, Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında deyilir.

Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7%, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5% daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9%-i göstəricisinə çatacaq.

Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla) Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar), yaxud VDM-in 14,6% qədər olub. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6% - 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3% artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6%-i qədər olacaq.

Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7%-i qədər olub. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6%, 2027-ci il üçün isə daha 3,5%, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6%-i qədər olacaq.

Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4% səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2% - 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9%-i qədər olacaq.

 

Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır.

WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə "Visitor Exports" (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9%) olub. Xatırladaq ki, "Visitor Exports" göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir.

WTTC təşkilatında gözləyirlər ki, 2017-ci ildə bu göstərici 8,1% artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək "Visitor Exports" göstəricisi daha 6,5% artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Hesabatda o da qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulub. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2%, qarşıdakı 10 ildə isə 4,9% artaraq 825,1 milyon manata çatacaq.

Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9%-i ötərək 2027-ci ildə 3,3%-ə çatacaq.


OXŞAR XƏBƏRLƏR

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə&nb...

İran MAQATE ilə əməkdaşlığı dayandırır

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verilməyəcək və həmin obyektlərdə agen...

Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqladı

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2024-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 32...

Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasına təşəkkür etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov  Beynəlxalq Avtomobil Federasiyasına təşəkkür edib....