Logo

Dünyanın ən varlı adamları - Onların nə qədər pulu var?

Dünyanın ən varlı adamları - Onların nə qədər pulu var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Forbes jurnalı dünyanın ən zəngin şirkətlərində payı olan milyarderlərin sıyahısını açıqlayıb.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, siyahıya 100 nəfərin adı daxil edilib. Onların sərvətlərinin ümumi dəyəri 7.67 trilyon dollardır.

Siyahının ilk pilləsində "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts yer alıb. Onun 86 milyard dollar sərvəti var. İkinci yerdə amerikalı iş adamı Varren Buffett (75.6 milyard) qərarlaşıb. İlk üçlüyün sonuncu pilləsində "Amazon" online satış saytının sahibi Jeff Bozosdur. Onun sərvəti 72.8 milyard dollardır.

Daha sonra Amancio Orteqa - 71.3 milyard, Mark Zukerberq - 56 milyard, Karlos Slim Helu - 54.5 milyard, Larri Ellison - 52.2 milyard, Çarls Koch - 48.3 milyard, David Koch - 48.3 milyard, Maykl Bloomberq - 47.5 milyardlıq sərvətlə onluqda qərarlaşıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR