Bakıda bu yolda geriyə dönmək qadağan edildi - FOTO

Bakıda bu yolda geriyə dönmək qadağan edildi - FOTO

Paytaxtın Yusif Səfərov küçəsində, xüsusən də onun Afiyyədin Cəlilov küçəsi ilə kəsişməsində hərəkət sxeminə ciddi dəyişiklik edilir.

Bir müddət öncə Y.Səfərov küçəsində Şah İsmayıl Xətainin abidəsinin arxasında geriyə dönmə yeri ləğv olundu.

Yeni sxem bu geriyə dönmə yerinin əvəzlənməsindən və bəzi digər dəyişikliklərdən ibarətdir. Ekspert Ərşad Hüseynov dəyişikliyi belə şərh edib:

1. Bundan sonra Y.Səfərov küçəsi ilə A.Cəlilov küçəsinə doğru gələnlər, xüsusən də Nizami küçəsindən Y.Səfərov küçəsinə çıxıb daha sonra geriyə - aeroport yoluna tərəf dönmək istəyənlər Cavanşir körpüsünədək gələcəklər, körpüyə qalxmadan onun yanı ilə sağa (DYP-nin oradakı cərimə meydançasına tərəf) dönəcəklər.

2. Təxminən 50-60 metr qabaqda körpünün altında geriyə dönmə edəcəklər və Y.Səfərov küçəsi ilə A.Cəlilov küçəsin kəsişməsinə qayıdacaqlar. Orada yolayrıcı tam yenidən təşkil olunur və belə geriyə dönmə edənlər svetoforun eyni fazasında Y.Səfərov küçəsinə sola dönərək aeroport yolu istiqamətində rahat hərəkət edə biləcəklər.

Bu dəyişiklik Nizami küçəsi ilə Y.Səfərov küçəsinə çıxan və əvvəlki yerdə geriyə dönənlərin işini xeyli asanlaşdıracaq. Həmin geriyə dönmə yerində əvvəllər müşahidə edilən nizamsızlıq, kütləvi qayda pozuntusu, tıxac və ləngimə azalacaq.

2. Neftçilər prospekti ilə gəlib Y.Səfərov küçəsinə dönənlər artıq A.Cəlilov küçəsi ilə kəsişmədə Cavanşir körpüsünə çıxa bilməyəcəklər (yəni, burada sola dönmə qadağan olunur). Həmin kəsişmədə Y.Səfərov küçəsi ilə yalnız düzünə hərəkət etmək olacaq.

Neftçilər prospekti ilə gəlib, Cavanşir körpüsündən mərkəzə qayıtmaq istəyənlər ya Bakı Baş Polis İdarəsinin qabağınadək gedib oradan geriyə dönməlidirlər, ya da Neftçilər prospekti ilə Nobel prospektinə doğru düz gedib (Y.Səfərov küçəsinə dönmədən) "AMAY"a çatmamış sola - A.Cəlilov küçəsinə dönməlidirlər və bu küçə ilə Cavanşir körpüsünə qalxaraq mərkəzə doğru getməlidirlər.

3. Y.Səfərov küçəsinin aeroport yoluna doğru gedən tərəfinə xüsusi avtobus zolağı da çəkilir. Sürücülər bu zolağın da hərəkət rejimini nəzərə almalıdırlar.

Əslində bu zolaq heç bir yeni problem yaratmayacaq, çünki Y.Səfərov küçəsinin həmin tərəfində bütün giriş-çıxış yerlərində yola daxil olmaq və yoldan çıxmaq üçün yerlər qoyulub. Həmin tərəfdə dayanma və durmanın qadağan olunduğu sahələr isə elə əvvəlki kimi qalacaq.

Y.Səfərov küçəsinin hazırda bağlı olan tərəfində və A.Cəllov küçəsi ilə kəsişmədə görülən işlər bu axşam başa çatmalı və həmin sahədə hərəkət sabahdan bərpa olunmalıdır. Amma Y.Səfərov küçəsinin mərkəzə doğru gələn tərəfində nişanların və xətlərin tətbiqi işi hələ ki, yekunlaşmayıb.

Məncə, yeni sxem Y.Səfərov küçəsinin Nizami və A.Cəllov küçələri, habelə Xocalı prospektləri ilə kəsişmə və birləşmə yerlərində gərginliyi azaldacaq, amma bu küçənin Babək və Heydər Əliyev prospektləri ilə birləşdiyi yerdə vəziyyət hələ ki, olduğu kimi qalacaq./// avtosfer.az


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...