Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ

Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ
Kateqoriya məlum deyil
T

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib.

 

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Qanuna əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;

 

Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;

 

Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə./trend.az 

PAYLAŞ