Fərqanə Qasımovadan qızının toyunda qadağa

13:28 / 13.01.2026
2541
Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyu yanvarın 16-da olacaq.
Sfera.az, şəhər restoranlarından birində keçiriləcək məclisdə F.Qasımovanın qonaqlarına qadağası olacaq. Belə ki, muğam ifaçısı məclisdə spirtli içki verilməsinə qadağa qoyub.
Toyda eyni zamanda kişilər zalın yuxarı, qadınlar isə aşağı hissəsində oturacaqlar.
Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb.axşam.az
.


































