Bu ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək

Bu ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək

Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələri ətrafında, “Yanar dağ” qoruğuna yaxın böyük bir ərazi plana salınıb.

 

Sfera.az xəbər verir ki, buna səbəb həmin ərazidə yerləşən fərdi evlərin həyətyanı sahələrində metan qazının (CH4) aşkarlanmasıdır.

 

Artıq bu ərazidə evi və torpaq sahəsi olan sakinlərdən sənədlərin toplanmasına başlanılıb. Məlumata görə, plana düşən torpaqlara görə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, metan qazı burada 2025-ci ilin noyabrında FHN, “Azəriqaz” və yerli icra hakimiyyətinin müayinələri zamanı aşkarlanmışdı. Təhlükəsizlik məqsədilə həmin əraziyə qazın verilməsi müvəqqəti dayandırılmışdı.

 

Hazırda ərazidə partlayış və yanğın risklərinin qarşısını almaq üçün dövlət qurumlarının iştirakı ilə kompleks araşdırmalar aparılır./kredit.az

 

 


OXŞAR XƏBƏRLƏR