Logo

Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu

Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti məhkum olunan Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində N.Cəlilovun cəzadan azad edilməsi ilə bağlı müraciətə baxılıb. Qərara əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum ediliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR