Logo

Facebookdan "canlı yayım" tətbiqi Super yenilik gəlir

Facebookdan "canlı yayım" tətbiqi Super yenilik gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az bildirir ki, Facebook yeni tətbiqlə əlaqədar bir bildiriş nəşr etdi. Facebook elanında, istifadəçilərinin həyatlarını görmələrini təmin edəcək canlı video axını və kollaj şəkil xidmətini təqdim etdi.

Şirkət, xəbər otağı saytı üzərindən etdiyi şərhdə, "Artıq Facebook üzərindən paylaşdığınız fotoşəkil və videolara canlı video və kolaj şəkillər sayəsində həyat verə bilərsiniz. Bu tətbiqlə dostlarınız və ailənizin sizinlə eyni anı yaşamalarını hiss etmələrinə kömək edə bilərsiniz" ifadəsi istifadə edildi.

Sosial media saytı, ötən avqust ayında yalnız məşhurlar üçün təqdim etdiyi bu xidmətdən, bundan belə hər istifadəçinin faydalana biləcəyini açıqladı. Tətbiq əvvəl ABŞ-da, texnologiya firması Apple tərəfindən istehsal olunan mobil telefon iPhone sahibi məhdud sayda istifadəçiylə başlayacaq.

Yeni tətbiq sayəsində istifadəçi, yayım əsnasında, canlı tamaşaçı və qatılan yoldaşlarının ad və şərhlərini real vaxtda görə biləcək. Yayımı bitirdiyində bütün qarşılıqlı digər videolarda olduğu kimi zaman tunelində yazılacaq. İstifadəçilər, zaman tünelindəkiləri istərsə silə və ya daha sonra yoldaşlarının izləməsi üçün saxlaya biləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR