Logo

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər sahilində S-400 zenit-raket kompleksi Həştərxana gətirilib.

Rusiya Xəzər sahilində S-400 zenit-raket kompleksinin sınağını keçirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı Yaroslav Roşupkin xəbər verib.

Rusiya Silahlı Qüvvələrinin Xəzər dənizi sahilində 
Həştərxan vilayətində təşkil edilən manevrlərində S-400 zenit-raket kompleksinin müdafiə etmə sistemləri yoxlanılıb.

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO
S-400 zenit-raket kompleksi

Yaroslav Roşupkin S-400 sistemlərindəki mərmilərin Həştərxan vilayətində Kapustin Yar poliqonunda yoxlanıldığını qeyd edib. Rus hərbi səlahiyyətlisi atılan 2 mərminin radio-elektron təsirə və maneələrə baxmayaraq 'Kaban' reaktiv hədəfini müvəffəqiyyətlə vurduğunu bildirib.

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO

Digər tərəfdən Rusiya Xəzər Dəniz Donanması Həştərxan bölgəsində terrorla mübarizə manevri reallaşdırıb. Rusiya Xəzər Dəniz Donanması rəsmilərinin verdiyi açıqlamada dəniz batalyonu birliklərinin manevr əsnasında hərbi şəhərciyə təşkil edilən terror hücumunun qarşısını alıb. Təlimlərdə 200 hərbi qulluqçu və 20-dən çox xüsusi hərbi texnika iştirak edib.

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO

Fevral ayında da Xəzər dənizində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının təlimləri baş tutub. 3 gün davam edən təlimlərdə təxminən 600 hərbi qulluqçu və 40-dan çox xüsusi texnika iştirak edib.Təlimlər çərçivəsində Rusiya Hərbi Dəniz Donanmasının döyüş hazırlığı yoxlanılıb.Təlimlərdə "Qrad Sviyajsk", "Uqliç" , "Volqodonsk" və "Mahaçqala" gəmiləri iştirak edib. Təlimdə hərbi gəmilər müxtəlif manevrləri yerinə yetirərək, döyüş hərəkətlərini icra ediblər. Onlar hava və sudakı hədəflərə artileriya atəşi ilə vurub.

Putinin təhlükəli raketləri Azərbaycan sərhədində - VİDEO, FOTO
Xəzərdən atılan Rus raketlərinin təxmini hərəkət trayektoriyası

Həmçinin keçən ayın 7-də Rusiya Suriyadakı İŞİD mövqelərini Xəzər dənizindən uzaq mənzilli raketlərlə vurub. Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşdə bildirib ki, Xəzər dənizində olan 4 hərbi gəmidən terrorçulara 26 raket zərbəsi endirilib. 11 hədəfin vurulduğunu deyən Şoyqu hədəflərin hamısının məhv edildiyini bildirib. Onun sözlərinə görə, sentyabrın 30-dan başladılan hərbi əməliyyatlarda İŞİD-in 112 mövqesi vurulub. Şoyqu hücumların bundan ağır olacağını bəyan edib.

Həmçinin oxuyun: 
Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR