Azərbaycanlı nazir azadlığa çıxdı

Azərbaycanlı nazir azadlığa çıxdı

Arvadı bunun üçün 3,6 milyon dollar ödəyib.

Vəzifəsindən kənarlaşdırılan və həbs edilən Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov azadlığa buraxılıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan əsilli keçmiş nazir külli miqdarda girov müqabilində azadlığa çıxa bilib. Nəsirovun girov ödənişini həyat yoldaşı edib. O, ərinin azadlığa çıxması üçün düz 100 milyon qriven (3,7 milyon dollar) ödəniş edib.

Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb. Pullar məhkəmənin hesabına keçirilib. 

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb.

Mart ayının 7-də Kiyevin Solomenski rayon məhkəməsi Nəsirov barəsində 60 günlük həbs qətiimkan tədbiri seçmişdi. 

O, istintaq tədbirləri ilə bağlı martın 3-də müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Saxlanılan zaman o infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov məhkəmə zalına xərəkdə gətirilib.


OXŞAR XƏBƏRLƏR

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...