Əhaliyə Şad Xəbər! Nəqliyyat vasitələri pulsuz işləyəcək

Əhaliyə Şad Xəbər! Nəqliyyat vasitələri pulsuz işləyəcək
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BiG.AZ-a verilən xəbərə görə, martın 19-dan 26-dək İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçiriləcək "Bahar Qalası” adlı festivalda Novruz bayramını qeyd edən ölkələrin (İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistan) nümayəndələrinin iştirakı nəzərdə tutulub. Festival günlərində "Qoşa qala qapısı" meydanında "Meydan bazarı” təşkil olunacaq.

Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq, qonaqlar həmçinin müxtəlif ölkələrin və Azərbaycanın milli mətbəxinin nümunələri ilə tanış ola biləcəklər.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 və 21 mart tarixində "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz bayramı şənliyi keçiriləcək. Tədbirdə qonaqlar konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, retro avtomobillərlə qoruq ərazisində gəzinti kimi tədbirlərdə iştirak edə biləcəklər. "Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından hər saatda yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...