Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar

Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar

Qoç - ailə üzvləri, dostlar və yaxınlarla mübahisələr istisna deyil. Lakin onları haqlı olduğunuza inandırın. Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Axşam saatlarında qəfil görüş ola bilər. Doyunca istirahət edə, əylənə bilərsiniz.

Buğa - ekstravaqant və orijinal davranışınızın bağışlanma ehtimalı az deyil. Alış-veriş və anlaşmalar üçün əlverişli gündür. Pul və maliyyə ilə bağlı məsələlərdə yanılmamağa, aldanmamağa çalışın.

Əkizlər - bu gün qərar və hərəkətlərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər. Fəqət həmin heyrət münasibətlərə təsir etməyəcək.

Xərçəng - dostlar, köhnə tanışlar, uzaq qohumlarla planlaşdırılmamış görüşlər mümkündür. Axşam saatlarına yaxın əhvalınız yaxşılaşacaq. Sevdiyiniz insanın yanında vaxtın necə keçdiyini anlamayacaqsınız.

Şir - danışıqlara başlaya bilərsiniz. Müızakirələrin nəticəsi yetərincə perspektiv layihənin başlanğıcı ola bilər. Yaxşı çalışsanız, müəyyən müddətdən sonra əməyinizlə fəxr edə bilərsiniz.

Qız - sakit, məhsuldar və rəvan gündür. İşdə məsələləri yaxşı həll etməyə çalışın. Kimsə sizin işgüzar məziyyətlərinizə şübhə etməməlidir.

Tərəzi - bütün anlaşılmazlıqlara və fikir ayrılıqlarına rəğmən, yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarını yeni macəra axtarışlarında keçirə bilərsiniz.

 

Əqrəb - ruhən sizə yaxın olan insanla ünsiyyət üçün əlverişli gündür. Problemləri müzakirə etmək olar və bu, gərəkdir.

Oxatan - çətin işin qeyri-standart həllinə başlamaq olar. Əvvəlcədən hazırlanmış plana tam riayət etməyə, daşlaşmış qaydalara əməl etməyə ehtiyac yoxdur.

Oğlaq - bu gün vaxt itirməyin. Sürətli və fəal olmalısınız. Şübhələri bir kənara ataraq hissiyatınıza inanın: hissləriniz sizi aldatmayacaq.

Dolça - başqalarının işlərinə ifrat diqqət ayıraraq öz problemlərinizi unutmayın. Əks halda öz işlərinizi həll etmək üçün nə zamanınız, nə də qüvvəniz qalacaq. Axşam saatlarını sizə əziz insanlara, ailə üzvlərinə həsr edin.

Balıqlar - istənilən yaradıcı fəaliyyət, idman, açıq havada vaxt keçirmək üçün əlverişli gündür. Şən və nikbin olun, darıxmayın, yanınızdakı insanları da qüssələnməyə qoymayın. İşdə tapşırıqları çox ağır saymayın. Zəhmətkeş olun, işi tam başa vurun.(milli.az)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...