Logo

Azərbaycanda kərə yağı BAHALAŞACAQ - Tarix açıqlandı

Azərbaycanda kərə yağı BAHALAŞACAQ - Tarix açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb.

Sfera.az xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.

Məsələ ilə bağlı iqtisadçılar bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır:

"Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq".

Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmişdi, bu güzəşt bu il uzadılmayıb.//big.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR