Logo

Bakıda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb - VİDEO

Bakıda svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında mövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;

2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;

3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;

4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR