Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi

Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş vermişdir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Mədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

2. Dövlət Komissiyası:

- itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsin;

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

- qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

- qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...

Məşhur cütlüyün uşağı öldü - FOTO

Türkiyənin məşhur bloger cütlüyü Seda və Nisan Özkanın övladı tələf olub.   Sfera.az xəbər verir ki, bu barədə onlar özləri məlumat yayıb.   ...