Azərbaycanın iki paytaxtı arasında uçuş sayı artırıldı

Azərbaycanın iki paytaxtı arasında uçuş sayı artırıldı
Kateqoriya məlum deyil
T

Bakıdan Təbrizə həyata keçirilən uçuşların sayı artırılıb.

 

Sfera.az xəbər verib ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanları Təşkilatının rəhbəri Məhəmməd Əli Nail Qaraməliki deyib.

 

O bildirib ki, AZAL Bakı–Təbriz marşrutu üzrə bazar ertəsi və cümə axşamı günləri uçuşların sayını artıraraq bu istiqamətdə həftəlik 8 reys həyata keçirməyə başlayıb.

 

“Bu marşrutda “İran Air”in uçuşları da nəzərə alındıqda, Təbriz–Bakı və əks istiqamətdə həftəlik reyslərin ümumi sayı 12-yə çatdırılıb. Uçuşların sayının artırılması hava nəqliyyatı üzrə əlaqələrin inkişafına, işgüzar və turizm səfərlərinin asanlaşmasına, eləcə də regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, - Qaraməliki qeyd edib.

PAYLAŞ