Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Tibbi-meteoroloji proqnoza görə, martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi ilə gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR