Pirotexniki vasitələr satan 14 nəfər saxlanıldı

Pirotexniki vasitələr satan 14 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb:

 

"Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir".

PAYLAŞ