Türkiyədə araşdırmaçı yazar Aqil Ələsgərin imza günü keçirilib

Türkiyədə araşdırmaçı yazar Aqil Ələsgərin imza günü keçirilib

 

Tükiyənin İsparta şəhərində I Kitab sərgi-yarmarkası keçirilir.

SalamNews xəbər verir ki, sərgi çərçivəsində Ayşə Kulin, İlker Başbuğ, Nihat Hatipoğlu, Engin Alan, Ataol Bəhramoğlu, Hanefi Avcı kimi tanınmış yazarlar imza günü keçiriblər.

Azərbaycandan bu sərgi araşdırmaçı yazar, "Terrorun Gülən üzü” və "Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitablarının yazarı, Yeniçağ.Az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıb.

Türkiyənin məşhur yayın evi olan "Kirmızı Kedi” tərəfindən yayımlanan "Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitabı ilə ötən ilin sonlarında qardaş ölkədə ciddi rezonans doğuran yazar bu gün ispartalı oxucuları ilə görüşüb.

Aqil Ələsgərin imza mərasmində İsparta bələdiyyə başqanı Yusif Ziya Günaydın, bələdiyyə üzvləri, Süleyman Dəmirəl Universitetinin rəhbərliyi, müəllim və tələbələri, xüsusilə İspartada təhsil alan azərbaycanlılar qatılaraq, yazara dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, ispartalı oxucularının istəyi ilə imza günü keçirən Aqil Ələsgərə şəhərin ən böyük sosial şəbəkələrindən olan Facebookdakı "İspartam” səhifəsi də dəstək verib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu universitetlər“İmpact Ranking 2025”-ə düşdü

“Times Higher Education” (THE) tərəfindən “İmpact Ranking 2025” nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, 2526 univers...

Qızını öldürən ata: "İkinci telefon işlətdiyini məndən gizlədirdi"

Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.   Sfera.az xəbər verir ki...

“ChatGPT”yə aşiq olan şəxsi polis öldürdü - Təəccüblü hadisə

ABŞ-nin Florida ştatında süni intellekt texnologiyalarının psixoloji təsirləri ilə bağlı narahatedici hadisə baş verib. 35 yaşlı Kent Teylor adlı şəxs “Op...

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olmas...

Səttar Nəsirova vəzifə verildi

Naxçıvan Muxtar respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentl...

Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq

Kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar daxil olduqda ilk növbədə bu hallar qeydiyyata alınır. Daha sonra vətəndaşların xəstəxanaya yerləşdirilməsi təm...