39 yaşlı göyçaylı müğənni həyatını itirdi - Rusiyada
Kateqoriya məlum deyil
"Azərbaycanın səsi" yarışmasında 3-cü yerin qalibi Rəşad Qasımov Rusiyada vəfat edib.
Sfera.az bildirir ki, yaxınlarının dediklərinə görə, gənc müğənni ürək tutmasından dünyasını dəyişib.
Hazırda onun cənazəsinin doğulduğu Göyçay rayonuna gətirilməsi üçün sənədləşmə işləri aparılır.
Qeyd edək ki, istedadlı müğənni Rəşad Qasımov qısa müddət idi ki, Rusiyada çalışırdı.






