Müəllimlərin NƏZƏRİNƏ: Yeni kartlar paylanacaq
Kateqoriya məlum deyil
“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.
Sfera.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.
O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.
Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.






