Dollar bir həftəyə KƏSKİN BAHALAŞACAQ

Dollar bir həftəyə KƏSKİN BAHALAŞACAQ
Rusiya kütləvi informasiya vasitələrində ABŞ-ın yürütdüyü neft siyasəti nəticəsində bir həftəyə dolların bahalaşacağı, rublun dəyərdən düşəcəyi barədə xəbərlər yayılıb.

Rusiya KİV-i bildirir ki, ABŞ Federal Ehtiyatlar sisteminin mart iclasından da gözləntilər müsbət deyil.

KİV xatırladır ki, hələ 3 il əvvəl Rusiya ABŞ-ın şist neft inqilabına açıq şəkildə məhəl qoymadı. Rusiyanın neft kralları amerikalı həmkarlarını rəqib kimi görmədilər. İstiPress-in məlumatına görə, həmin vaxt şist neftinin bir barrelinin maya dəyəri 100 dollar təşkil edirdi.

Amma amerikalılar öz texnologiyalarını inkişaf etdirdilər və indi şist neftinin hasilatının maya dəyəri 40 dollardan aşağı da sərfəlidir. ABŞ tam gücüylə çalışır ki, şist neftinin bazarda həcmini çoxaltsın və Rusiya rublunun dəyərdən düşməsinə nail olsun.

ABŞ ötən ilin sonunda OPEK ölkələri və digər hasilatçı dövlətlərin neft istehsalının azaldılması barədə razılığa gəlməsindən uğurla yararlanıb. Son aylarda Şimali Amerika qitəsində neft-qazmada fəallığın görünməmiş dərəcədə artımı qeydə alınıb ki, bu da öz istehsalını sutkada 600 min barrel artırmağa imkan verib.

ABŞ bu gün də dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi üçün əlindən gələni edir. Beynəlxalq enerji agentliyinin proqnozlarına görə, bu il ABŞ şirkətlərinin gündəlik neft hasilatı 9,21 mln. barrelə qədər artacaq, gələcəkdə isə 9,73 mln. səviyyəsinə çatacaq.

Bütün bu proseslər göstərir ki, Rusiya milli valyutası kəskin ucuzlaşacaq. Çünki gələn həftə ABŞ-da şist neftin hasilatında sıçrayış ola bilər. Çünki ABŞ-ın Federal Ehtiyatlar Sisteminin martın 14-15-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılacağı gözlənilir.

mənbə: istipress

OXŞAR XƏBƏRLƏR

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin bəzi əməkdaşlar və onların ailə üzvləri də daxil olmaqla 125 n...

Mayis Qədirov direktor təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni dir...

Metroda sıxlığın azalma səbəbi - RƏSMİ

Əvvəllər pik saatlarda Bakı metrosuna daxil olmaq bir növ "səbr və çeviklik testi" idi — qapılar qarşısında sıxlıq, vaqonlarda nəfəs almaq çətin...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO

  Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.    Bərbər, bənna, dərzi və digərləri...  &...

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...