Tağı Əhmədovun xanımı: "Onu görəndə elə bildim, Koroğludur" – VİDEO

Tağı Əhmədovun xanımı:
"Ona hər gün şeir yazırdım. Qazaxlılar da şeirə bir az aludə olurlar. Şeirə aludəçiliyini gördüm... Sevdamız baş tutdu”.

lent.az xəbər verir ki, həyatının 44 ilini "Bakı Metropoliteni”ndə çalışmış, tam 16 ilə qədərini bu qurumun rəisi işləmiş, "Əməkdar mühəndis”, texnika elmləri namizədi, "Şöhrət” ordenli Tağı Əhmədov ailə qurduğu xanımla tanışlıq illərini APA TV-nin "Ömür yoldaşı” verilişində belə xatırlayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova isə həyat yoldaşı Tağı Əhmədov barədə ilk təəssüratı belə olub:

"4-cü sinif şagirdi idim. İlk oxuduğum kitab "Koroğlu” dastanı idi. Orada bilirsiniz də Koroğlunu necə təsvir edirlər. Hündürboy, enlikürək, cüssəli... Elə uşaqlıq yaddaşıma da birdəfəlik belə yazıldı. Mən Tağını ilk dəfə görəndə elə bildim ki, Rövşəndir”.

Tağı Əhmədovun işi daha ağır olduğundan Salatın xanım bunu daim nəzərə almağa çalışıb:

"Çətin vaxtlarımız da az olmayıb. Elə vaxtımız olub ki, çörək almağa da pulumuz olmayıb. Hər gün Tağı müəllim evə gec gəlirdi. Yorğun olurdu. Mən heç vaxt onu sorğu-sualla yükləməmişəm”.

Tağı Əhmədov deyib ki, nəvələrinin biri onun adını, digəri isə təxəllüsünü daşıyır. Bu iki ömür-gün yoldaşının indi ən böyük arzusu 4 yaşlı nəvələrinin toyunu görməkdi.

 
 


OXŞAR XƏBƏRLƏR

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin bəzi əməkdaşlar və onların ailə üzvləri də daxil olmaqla 125 n...

Mayis Qədirov direktor təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni dir...

Metroda sıxlığın azalma səbəbi - RƏSMİ

Əvvəllər pik saatlarda Bakı metrosuna daxil olmaq bir növ "səbr və çeviklik testi" idi — qapılar qarşısında sıxlıq, vaqonlarda nəfəs almaq çətin...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO

  Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.    Bərbər, bənna, dərzi və digərləri...  &...

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...