Qənirə Paşayeva nömrəsini yaydı: "Dərhal zəng edin…"

Qənirə Paşayeva nömrəsini yaydı:
Millət vəkili Qənirə Paşayeva fırıldaqçılığın qurbanı olub.

BiG.AZ xəbər verir ki, deputat bu barədə özü məlumat verib. O, öz nömrəsini təqdim edərək onun adından istifadə edərək xalqı aldadanlara inanmamağa çağırıb:

"Əziz dostlar, Anar adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən işə düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin qurbanı olan insanlar mənə yaza bilərlər. Mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də narahat edir.

Xahiş edirəm mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işə düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə, mütləq bizə - Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək.

Hər dəfə hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda, bütün idarə və qurumlara xahiş edirəm ki, mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə, inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram”.

OXŞAR XƏBƏRLƏR

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.   Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi ra...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pe...