Bakı-Sumqayıt yolunda qəza törədən sürücünü 12 il HƏBS GÖZLƏYİR VƏ ... ŞOK

Bakı-Sumqayıt yolunda qəza törədən sürücünü 12 il HƏBS GÖZLƏYİR VƏ ... ŞOK
Dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21-nin yaralanmasına səbəb olan "Ford”un sürücüsü Namiq Hüseynov 7 ildən 12 ilədək azadlıq məhrum edilə bilər.

Hüquqşünas Ərşad Hüseynov azvision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Ekspertin fikrincə, onun "sürücülük hüquqi varsa” hissəsi xüsusi vurğulanmalıdır: 

"Ola bilər ki, sürücünün "D” kateqoriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub.

Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”. 

Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq: 

"Bu maddəyə əsasən, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.

Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.   Sfer...

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.   Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi ra...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...